N e w S e r v e r . b i z

Buradasınız:

"Domain" nədir?

    "Domain" Fransız sözü olaraq, orta əsirlərdə, Fransa şahının və ya hər hansı bir zadəganın mülkiyyətinə(daşınmaz əmlak) deyilirdi. Bu gün isə domain – İnternet şəbəkəsində domen, adlar fəzasının unvanıdır. Yenə də keçmişdə olduğu kimi hər hansı mülkə, yəni indi virtual mülkə sahib olmaq üçün özəl seçilmiş domen adına malik olmalısınız.

    Domen ad dedikdə domenin simvolik adı nəzərdə tutulur, bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Burada internet layihənizə, domen adı seçmək üçün əlavə izahat verib, lazım olan köməkliyi göstərəcəyik...

    Məsələn: "az.12cioyuncu.info" domen adı, üçüncü səviyyəli "az" domeninə(Subdomin) bağlıdır ki, o da öz növbəsində ikinci səviyyəli "12cioyuncu" domenin adına, "12cioyuncu" isə birinci səviyyəli ".info" domeninə bağlıdır.

    Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adlar ilə əvəz olunur. Beləliklə, domen ad – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır.

  Sayt sahibi olmaq və internet layihələrini idarə etmək istəyənlər üçün dadha ətraflı izahat...

    Sayt sahibi olaraq, internet layihəsini həyata keçirmək ücün bir neçə şərt vacibdir. İlk olaraq layihənizin mövzusunu və işinizin nədən ibarət olacağını seçməlisiniz. Buna uyğun olaraq saytınızın birinci səviyəli domen adını seçirsiniz.

Birinci səviyyəli domen adlarinin bir neçəsini izahatı ilə təqdim edirik.

Təşkilati - fəaliyyət növünü bildirən. Coğrafi - hansı ölkəyə aid olduğu bildirən.
.gov – hökumət idarəsi .az –  Azərbaycan
.edu – təhsil müəssisəsi .tr –  Türkiyə
.org – təşkilat .de –  Almaniya
.info – məlumatla məşğul olan .uk –  Böyük Britaniya
.net – şəbəkə ilə məşğul olan .ua –  Ukrayna
.com – kommersiya ilə məşğul olan .ru –  Rusiya
.biz – işgüzar proyektlər .ir –  İran
.shop – internet maqazin .tv –  Tuvalu
.name – məxsusi səhifə .ws –  Samoa